Güllələndiyi yerdə yenə mitinq keçirəcək
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdinə məruz qaldığı Pensilvaniya ştatında yenidən mitinq keçirəcək.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı güllələnib. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. O, Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.