Günəşdə daha bir güclü partlayış

Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.

Günəşdə daha bir güclü partlayış
Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.

meqale.com-ın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"İyulun 9-da Moskva vaxtı ilə saat 7:25-də (Bakı vaxtı ilə 8:25) rentgen diapazonunda 28 dəqiqə davam edən M1.3 (N20E78) partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.

Xatırladaq ki, iyulun 8-də bu ay M sinfinə aid ilk partlayış qeydə alınıb.