Günəşdə ikinci ən böyük partlayış oldu

Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər və sondan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.

Günəşdə ikinci ən böyük partlayış oldu
Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər və sondan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.

meqale.com-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Günəşdə yeni güclü partlayış Bakı vaxtı ilə saat 9:25-də qeydə alınıb", - deyə məlumatda bildirilib.

Rentgen şkalasında hadisənin balı M4.52 təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, gecə ərzində ulduzun aktivliyi artıb və mövcud tendensiyalardan çıxış edərək, 24 saat ərzində ən yüksək X səviyyəsini keçməlidir.