Günəşdən faydalanmağın unikal üsulları
İsti yay günlərində həm dərini günəş şüalarının zərərli təsirindən qorumaq, həm də günəşdən faydalanmaq vacibdir.
meqale.com teleqraf.com-a istinadla xəbər verir ki, türkiyəli dietoloq Sibel Mumcunun fikrincə, qidalanmaya diqqət yetirməklə hər ikisini başa gətirmək mümkündür.
Dietoloqlar düzgün qidalanmaqla dərini qorumağın müxtəlif yollarını sadalayıb.
Günəş şüalarının orqanizm üçün vacib olduğunu bildirən dietoloq dərini günəş şüalarının zərərli təsirlərindən qorumağın önəmli olduğunu vurğulayıb.
"Günəş sümüklərimiz üçün çox vacib olan D vitaminini aktivləşdirir. Ona görə də, günəşdən düzgün faydalanmaq, qısa müddətə düzgün günəş şüası qəbul etmək kifayətdir. Günəş şüalarının şaquli olaraq düşdüyü saatlarda qorunmadan 10-15 dəqiqə günəşlə təmasda olmaq D vitamininin yığılması üçün kifayətdir.
Günəş işığının beyindən serotonin hormonunun ifrazını da artırdığı düşünülür. Bu hormon əhval-ruhiyyəni gücləndirməyə, narahatlığı yaxşılaşdırmağa və depressiyanın qarşısını almağa kömək edən təsirlərə malikdir.
Omega-3, E və C vitaminləri dərini günəşin zərərindən qoruyan güclü antioksidantlardır və yaşlanmaya qarşı ən təsirli vitaminlərdir.