Gürcü futbolçu “PSJ”yə bu qiymətə transfer ediləcək
Gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın İtaliyanın "Napoli" klubundan Fransanın "PSJ" klubuna transfer məbləği açıqlanıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun transfer qiyməti 75 milyon avro təşkil edəcək.
Məlumata görə, Kvaratsxeliya ilə müqavilə 2029-cu ilə qədər davam edəcək. Razılığın bir mövsüm uzadılması mümkündür. Futbolçunun Paris klubunda maaşı 9 milyon avro olacaq və o, 2 milyon avro bonus qazanacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2022-ci ildən "Napoli"də çıxış edir və komandanın tərkibində 2023-cü ildə İtaliya çempionu olub. Bu mövsüm gürcü futbolçu klubda 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Kvaratsxeliya əvvəllər "Rubin Kazan" və Moskvanın "Lokomotiv" klublarında çıxış edib.