Gürcüstan yanlış istiqamətdə gedir... - Stoltenberq
"Xarici agentlər haqqında" qanun Gürcüstanı yanlış istiqamətə aparır, bu səbəbdən də NATO müttəfiqləri və digər ölkələr öz narahatlığını bildiriblər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
Gürcüstanla əməkdaşlığın vacib olduğunu deyən Stoltenberq Gürcüstan xalqının demokratik cəmiyyətdə yaşamaq istəyini təmin etməli olduqlarını vurğulayıb.