Gürcüstanda avtomobil çaya düşüb, üç nəfər ölüb

Gürcüstanın Kutaisi şəhərinin çıxışında Tskaltsitela çayı üzərindəki körpüdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həlak olub.

Gürcüstanda avtomobil çaya düşüb, üç nəfər ölüb

Bu barədə "Mtavari arxi" telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil çaya düşüb və onun içərisindəki insanlar həlak olublar.

Qəza gecə saatlarında baş verib. Hadisə yerində polis və xilasetmə briqadaları işləyib.