Rob Reynerin oğluna şizofreniya diaqnozu qoyulub – yeni detallar üzə çıxdı

Amerikalı tanınmış rejissor Rob Reyner və həyat yoldaşı Mişel Singerin qətlində ittiham olunan oğlu Nik Reynerə şizofreniya diaqnozu qoyulduğu açıqlanıb.

Rob Reynerin oğluna şizofreniya diaqnozu qoyulub – yeni detallar üzə çıxdı
Amerikalı tanınmış rejissor Rob Reyner və həyat yoldaşı Mişel Singerin qətlində ittiham olunan oğlu Nik Reynerə şizofreniya diaqnozu qoyulduğu açıqlanıb.

meqale.com-ın TMZ-yə istinadən verdiyi məlumata görə, 32 yaşlı Nik Reyner uzun müddət psixiatrik nəzarət altında olub və mütəmadi olaraq dərman qəbul edib. Bildirilir ki, hadisədən təxminən üç-dörd həftə əvvəl onun müalicə sxemi dəyişdirilib. Bundan sonra isə Reynerin psixi vəziyyətinin ciddi şəkildə pisləşdiyi iddia olunur. Həkimlər dərmanların dozasını yenidən tənzimləsələr də, bu müdaxilələr müsbət nəticə verməyib.

Məlumata görə, Nik Reyner 15-19 yaşları arasında dəfələrlə reabilitasiya mərkəzlərində müalicə alıb və ümumilikdə 18 müxtəlif müəssisədə olub.

Onun asılılıqları və qeyri-sabit psixoloji durumu valideynləri ilə münasibətlərinə də mənfi təsir göstərib. Ailə daxilində tez-tez münaqişələr yaşanıb. Mənbələr bildirir ki, Rob Reyner yaxın dostları ilə söhbətlərində oğlunun ruhi sağlamlığının sürətlə pisləşməsindən və bunun doğura biləcəyi ağır nəticələrdən narahatlığını gizlətməyib.

Xatırladaq ki, rejissor Rob Reyner və həyat yoldaşı, fotoqraf Mişel Singerin meyitləri Los-Ancelesdə yerləşən evlərində aşkar edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.