Gürcüstanda dövlət bayraqları yarıya endirildi

Matəm günü ilə əlaqədar bütün Gürcüstan ərazisində dövlət bayraqları yarıya endirilib.

Gürcüstanda dövlət bayraqları yarıya endirildi
Matəm günü ilə əlaqədar bütün Gürcüstan ərazisində dövlət bayraqları yarıya endirilib.

meqale.com xəbər verir ki, Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinin Qali rayonunun Saberio kəndində 5 uşağın ölümü ilə əlaqədar 9 yanvar Matəm günü elan edilib.

Baş nazir İrakli Kobaxidzenin qərarı ilə hökumət administrasiyası və parlament də daxil olmaqla dövlət və hökumət orqanlarının qarşısında bayraqlar yarıya endirilib. Hökumət vaş verən faciə ilə əlaqədar qurbanların ailəsinə başsağlığı verib.