Gürcüstanda etirazlar yenidən başladı

Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkilərindən sonra başlayan etiraz aksiyaları yenidən start götürüb.

Gürcüstanda etirazlar yenidən başladı
Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkilərindən sonra başlayan etiraz aksiyaları yenidən start götürüb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, aksiyalarda iştirak edən nümayişçilər Gürcüstan bayraqları ilə yanaşı, Avropa İttifaqı, ABŞ və Ukrayna bayraqları da qaldırıblar.

Məlumata görə, etirazçılar bir müddət əvvəl Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin iqamətgahının həyətinə daxil olublar. Onlar dəmir baryerləri sındıraraq əraziyə keçiblər. Hadisə yerinə cəlb olunan xüsusi təyinatlı qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər. Daha sonra iqamətgahın qarşısına əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.