Gürcüstanda leysan - ölən var

Gürcüstan ərazisində yağan leysan yağışları paytaxt Tbilisi də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.

Gürcüstanda leysan - ölən var
Gürcüstan ərazisində yağan leysan yağışları paytaxt Tbilisi də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət Kaspi rayonunda bir nəfərin həyatına son qoyub.

Belə ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb və sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.

Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxaraq 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evin birinci mərtəbəsinə və ictimai-iaşə obyektinə su dolub.

Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib. Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.