Gürcüstanda məşhur iş adamı saxlanıldı
Gürcüstanda məşhur iş adamı Georgi Ramişvili saxlanılıb.
meqale.com report-a istinadən xəbər verir ki, biznesmen qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda ittiham olunur.
O, Tbilisi hava limanında saxlanılıb.
Qeyd edək ki, Ramişvili ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Silknet Group"un, habelə "Euronews Georgia", "Silk Road Group" və digər şirkətlərin sahibidir.