Gürcüstanda qalmaqallı qanun yenidən müzakirəyə çıxarılacaq
Gürcüstanın hakim "Gürcü arzusu" partiyası "Xarici agentlər haqqında" qalmaqallı qanunu yenidən parlamentə təqdim etməyi planlaşdırır.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze açıqlayıb.
Onun sözlərinə görə, analoji qanunlar artıq ABŞ, İsrail və Avstraliyada tətbiq edilir.