Gürcüstanda rusiyalı turist öldürüldü - saxlanılanlar var
Gürcüstanda rusiyalı turist öldürülüb, iki təqsirləndirilən şəxs saxlanılıb.
meqale.com xəbər verir ki, bu barədə "Arbat Media" məlumat yayıb.
İstintaq müəyyən edib ki, cinayətkarlar yanvarın 5-də Zuqdididən Mestia dağ-xizək kurortuna gedən ər-arvadı qarət edib, onların mobil telefonlarını oğurlayıb və kişini güllələyiblər.
Cinayəti ört-basdır etmək üçün isə mərhumun meyitini çaya atıblar.