Habil Vəliyev yenə şantajda ittiham edilir - Qərar verildi

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin saxlanılma səbəbi məlum olub.

Habil Vəliyev yenə şantajda ittiham edilir - Qərar verildi
"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin saxlanılma səbəbi məlum olub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə H.Vəliyev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.