Hacıqabulda ağılasığmaz oğurluq - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrik dirəyini oğurlayan Dilqəm Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə onun bir müddət əvvəl rayon ərazisindən QSC-yə məxsus daha 3 elektrik dirəyini oğurladığı və bununla da quruma 18000 manatdan artıq maddi ziyan vurduğu məlum olub.
D.Yusifov oğurladığı elektrik dirəklərini əlvan metalların qəbulu məntəqəsinə satıb.