Hacıqabulda erkən nikahın qarşısı alındı
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikah faktının qarşısı alınıb.
meqale.com xəbər verir ki, rayonun Meyniman kəndində 23 yaşlı şəxsin 16 yaşına yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.