Hacıqabulda qəzada azyaşlı ölüb, xəsarət alanlar var

Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.

Hacıqabulda qəzada azyaşlı ölüb, xəsarət alanlar var
Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.

meqale.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ölüb, digər 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./APA