Hafiz Babalı həbs olundu

Dünən saxlanılan jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hafiz Babalı həbs olundu
Dünən saxlanılan jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb. Qərara əsasən, Hafiz Babalı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.