Haitidə Prezident sarayına hücum - şiddətli döyüşlər baş verdi
Haitidə Prezident sarayına hücum olub.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, silahlı dəstələr Port-au-Prins şəhərinin mərkəzində və ya onun yaxınlığında çoxsaylı hökumət binalarına hücum ediblər.
Döyüşlərdə iştirak edən hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, hücumlar koordinasiyalı və sürətli olub: "Müxtəlif qruplar eyni vaxtda Prezident sarayı, Daxili İşlər Nazirliyi və polis qərargahlarını hədəf alıblar".
Qeyd olunub ki, şiddətli döyüşlərdən sonra dəstə üzvləri geri çəkilib.