Haitinin Baş naziri istefa verdi
Haitinin Baş naziri Ariel Anri istefa verib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Biz onun istefasını keçid prezident şurasının yaradılmasından və müvəqqəti baş nazirin təyin edilməsindən sonra qəbul edəcəyik", - Karib Ölkələri Birliyinin sədri və Qayana Prezidenti Məhəmməd İrfaan Əli bildirib.
Daha əvvəl bəzi cinayətkar qrupların Ariel Anri hökumətini devirmək planları barədə məlumat yayılmışdı. Haiti hakimiyyəti silahlı dəstələrlə asayiş keşikçiləri arasında baş verən toqquşmalara görə paytaxt Port-o-Prinsdə fövqəladə vəziyyətin müddətini bir ay müddətinə uzatmışdılar. Martın 3-də ölkənin Qərb departamentində fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib. Fevralın sonundan bəri Port-o-Prins hava limanı yaxınlığında davam edən atışmalara görə A.Anri Keniyaya səfərindən sonra ölkəyə qayıda bilmir.