Hakan Çalhanoğlu karyerasını bu klubda bitirəcək
"İnter"in futbolçusu Hakan Çalhanoğlu gələcəyi haqda danışıb.
meqale.com oxuya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Milan təmsilçisində başa vurmaq istədiyini bildirib:
"Milan"dan "İnter"ə keçmək o qədər də asan deyil. Amma əvvəllər həmişə "İnter"i sevmişəm. Bu formanı geyindikdən sonra karyerama damğa vuran və məni hazırda olduğum futbolçu edən möhtəşəm səyahət başladı. Artıq gənc oyunçu deyiləm, ümid edirəm karyeramı "İnter"də tamamlayaram. Futbolda nə olacağını heç vaxt təxmin edə bilmərik. Amma ümidim burada qalmaqdır. Bacardığım qədər uzun müddət burada qalacağam".