Hakan Fidan Lavrovla danışdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, iki ölkənin XİN rəhbərləri regional məsələlər barədə müzakirələr aparıblar.
Onlar, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda fikir mübadiləsi ediblər.