Hakan Fidan Quterreş ilə Kipri müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, danışıq zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.
Bundan əlavə, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də qiymətləndirilib.