Hakim çempionluğu qeyd etdi, futboldan ömürlük uzaqlaşdırıldı - VİDEO
Niderlandın IV divizionunda "St. George" - "SV De Valken" matçının baş hakimi Yan Smitin qərarları müzakirələrə səbəb olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, referi qonaqların 4 futbolçusuna qırmızı vərəqə göstərib və görüşün sonuna 15 dəqiqə vaxt əlavə edib.
Artırılmış müddətdə qol vuran "St. George" çempionluğunu elan edib.
Kubokla bərabər mahnı oxuyan referi sevincini nümayiş etdirib. O, meydan sahiblərinin çempionluq şənliyinə qatılaraq mahnı oxuyub.