HAMAS bugün bu qədər israilli girovu sərbəst buraxacaq
Müvəqqəti atəşkəs çərçivəsində HAMAS-ın sərbəst buraxacağı israilli girovların sayı açılanıb.
meqale.com APA-ya istinadən bildirir ki, HAMAS davam edən müvəqqəti atəşkəs razılaşması çərçivəsində bu gün daha 14 israilli girovu azad edəcək.
İsrail rəsmiləri bunun müqabilində 42 fələstinli məhbusun razılaşmaya əsasən eyni gün azad ediləcəyini bildirib.
Qeyd edək ki, İsraillə müvəqqəti atəşkəs şərtlərinə uyğun olaraq noyabrın 24-də HAMAS 13 israilli girovu azad edib, eyni gündə 10 Tailand vətəndaşı da sərbəst buraxılıb.