Moskva vilayətindəki partlayışda 1 nəfər ölüb, 56 yaralı var - YENİLƏNİB

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində tibbi yardım üçün müraciət edənlərin sayı 56 nəfərə çatıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında məlumat verib.

"İzvestiya" nəşri isə mənbəyə istinadən xəbər verib ki, hadisə nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.

--------

18:44

Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Partlayış Zaqorsk optik-mexanika zavodu ərazisində, qazanxana hissəsində baş verib. Partlayış dalğasından ətrafdakı bir neçə binanın şüşələri sınıb", - məlumatda deyilir.

Qeyd edək ki, Sergiyev Posad Moskvadan təqribən 50 km şimal-şərqdə yerləşir.