Han Dok Su Cənubi Koreyanın təxirəsalınmaz məsələlərinin həlli ilə məşğul olmağı vəd edib

Cənubi Koreyada prezidenti səlahiyyətlərini icra edən Han Dok Su təxirəsalınmaz məsələlərin həlli üçün bütün səylərini göstərəcəyini bildirib.

Han Dok Su Cənubi Koreyanın təxirəsalınmaz məsələlərinin həlli ilə məşğul olmağı vəd edib

Bu barədə Meqale.com Koreya KİV-ə istinadən xəbər verir ki, o bunu vəzifəsinə bərpa edildikdən sonra qeyd edib.

"Prezident səlahiyyətlərini icra edən biri kimi Konstitusiyaya və qanuna uyğun olaraq sabit idarəetməni təmin etmək üçün bütün səylərimi göstərəcəyəm. Artıq reallığa çevrilmiş davam edən ticarət müharibəsində milli maraqlarımızı təmin etmək üçün bütün müdrikliyimi və imkanlarımı səfərbər edəcəyəm", - Han Dok Su xalqa müraciəti zamanı bildirib.

Han Dok Su Prezident Yun Sok Yolun impiçmenti səbəbindən cəmiyyətdəki parçalanma fonunda milli birliyə çağırıb.

Qeyd edək ki, bazar ertəsi Konstitusiya Məhkəməsi Baş nazir Han Dok Sunun impiçmenti haqqında qərarı rədd edərək onun prezident səlahiyyətlərini icra edən statusunu bərpa edib.