Ankarada vəzifəli şəxslərin olduğu təyyarənin qalıqları tapıldı - YENİLƏNİB

Ankara Esenboğa Hava Limanından Liviyanın paytaxtı Trablusa getmək üçün havaya qalxan "Falcon 50" tipli özəl biznes təyyarəsinin qəzaya uğradığı məlum olub. Bir müddət radar əlaqəsi kəsilən təyyarənin qalıqları artıq aşkar edilib.

meqale.com xəbər verir ki, axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını Ankaraya yaxın Haymana rayonu ərazisində tapıblar. Xatırladaq ki, təyyarə ilə son əlaqə də məhz bu bölgədə kəsilmişdi.

Təyyarədəki sərnişinlərin kimliyi dəqiqləşib. Məlumata görə, qəzaya uğrayan təyyarədə Liviyanın Baş Qərargah rəisi də daxil olmaqla cəmi 5 nəfər olub. Onların taleyi barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

Ankara Esenboğa Hava Limanında uçuşlar dayandırılıb və təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Hava limanına enməli olan sərnişin təyyarələri Kayseri Hava Limanına və digər ehtiyat aeroportlara istiqamətləndirilib.