Hande Erçeldən bir ilk
Son olaraq Barış Arduç ilə baş rolları paylaşdığı "Rüzgara Bırak" filmi ilə gündəmə gələn Hande Erçelin yeni layihəsi bəlli olub.
meqale.com oxuya istinadən xəbər verir ki, Erçelin yeni filminin süjetini özünün yazdığı ortaya çıxıb.
Aktrisanın yeni ekran partnyoru Metin Akdülger olacaq. İkili "İki Dünya Bir Dilek" adlı filmdə bir araya gələcək.
Filmin ssenarisini isə Elçin Muslu yazacaq.
10 apreldə çəkilişlərə başlanacaq filmdə Hande Erçel "Bilge" adlı vəkili canlandıracaq.
Beləliklə də, Hande ilk dəfə öz yazdığı hekayə əsasında çəkilən filmdə baş rolda oynayacaq.