Haniyənin ölümü Putinə də təsir edib: Krımdan Piterə...

Rusiya Prezidenti Vladimir Putin hava zərbəsi ilə məhv ediləcəyindən ciddi şəkildə qorxur.

Haniyənin ölümü Putinə də təsir edib: Krımdan Piterə...
Rusiya Prezidenti Vladimir Putin hava zərbəsi ilə məhv ediləcəyindən ciddi şəkildə qorxur.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.

Analitikin fikrincə, İranın bir sıra yüksək rütbəli generalları və HƏMAS hərəkatının lideri öldürüldükdən sonra Putində fobiya yaranıb:

"Xüsusilə nəzərə alsaq ki, Ukrayna PUA-ları nəzəri olaraq Rusiya liderinin çıxış edəcəyi yerə (Hərbi Dəniz Günü Krımda keçirilməli idi - red.) yaxşı uça bilir".

Ukraynanın təhlükəsizlik üzrə eksperti, Xarici Kəşfiyyat Xidmətinin general-leytenantı Vasili Boqdan isə qeyd edib ki, Putinin Rusiyada qurduğu rejim təhdidlərə cavab sisteminə ciddi yanaşmağa məcbur edir:

"Bu, xüsusilə Hərbi Dəniz Gününü qeydetmə mərasiminin Krımdan Sankt-Peterburqa köçürülməsi ilə bağlıdır".