Hansı yaşda insanlar xərçəng ola bilir?

Hər il milyonlarla insana xərçəng diaqnozu qoyulur. Artıq xəstəliyin cavanlaşdığı deyilir.

Hansı yaşda insanlar xərçəng ola bilir?
Hər il milyonlarla insana xərçəng diaqnozu qoyulur. Artıq xəstəliyin cavanlaşdığı deyilir.

meqale.com lente istinadən xəbər verir ki, onkoloq, " 5 qitədə xərçəng" beynəlxalq layihəsinin kuratoru Yekaterina Nazarova daha çox hansı yaş aralığında xərçəngin diaqnoz olunmasından danışıb.

"Əsas zərbə 60+ yaşdan başlayır. Bu yaş qrupunda kişilərdə 76%, qadınlarda 67% xərçəng aşkar olunur. 20230-cü ilin statistikasına görə, maksimal səviyyə 75-78 yaş arasıdır.

Bu yaşda hər 100 min nəfər əhaliyə 1673 xəstə düşüb.

Həm qadınlar, həm kişilər arasında orta yaş həddi də müəyyən olunub. 2022-ci ildə bu kişilrədə 65 yaş, qadınlarda 64,5 yaşdır.

Elə xərçəng növləri var ki, 90% gənc nəslə aiddir. 18-45 yaş arası qrupda limfoma, leykoz, beyin xərçəngi, qalxanvari vəz xərçəngi, süd vəzi. Yumurtalıq, uşaqlıq yolu, dəri xərçəngi aşkarlanır.

2023-cü ildə 15-44 yaş arası ilk dəfə xərçəng diaqnozu qoyulan xəstələrin sayı 30% təşkil edib".