Hava yenidən dəyişəcək - Leysan, qar, şimşək, sel....

Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Hava yenidən dəyişəcək - Leysan, qar, şimşək, sel....
Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

meqale.com xəbər verir ki, sentyabrın 30-u axşamdan oktyabrın 02-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur) yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.