Həbsdə ölən sabiq icra başçısının məhkəməsi başladı
Ali Məhkəmədə həbsdə koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
meqale.com xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.
Qeyd edək ki, mərhum N.Quliyevin hüquqi varisi 615 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir. Sabiq icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb. Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik:
Goranboy şəhəri, Heydər Əliyev prospekti, 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min manat olan qeyri-yaşayış binası;
Goranboy şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;
Goranboy şəhəri, V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri-yaşayış binası;
Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 21 min manat olan torpaq sahəsi.