Heç kim Ukraynaya qoşun göndərmək istəmir - Fiala
Fransa Prezidenti Emmanuel Makronun nə deməsindən asılı olmayaraq, Avropada heç kim Ukraynaya qoşun göndərmək istəmir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Çexiya Baş naziri Petr Fiala deyib.
Onun sözlərinə görə, Parisdə keçirilən sülh sammitində NATO hərbi dövlətlərinin Ukraynaya göndərilməsi mövzusu minimum dərəcədə müzakirə olunub.