“Heç vaxt sülh olmayacaq, Paşinyan blef edir” - Abramyan

Ermənistan Baş naziri Nikol Paşinyanın məqsədi sülh deyil.

“Heç vaxt sülh olmayacaq, Paşinyan blef edir” - Abramyan
Ermənistan Baş naziri Nikol Paşinyanın məqsədi sülh deyil.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Siyasətçi Ermənistan rəhbərinin sülh məsələsi üzərindən siyasi məqsədləri üçün imitasiya etdiyini iddia edir:

"Hakimiyyətin təbliğatının əsasını seçki (2026-cı ildə keçiriləcək - red.) məntiqi təşkil edir, bu məqsədlə də insanları sülhün olacağına inandırmağa çalışırlar", - deputat bildirib.

Abramyanın fikrincə, hakim "Vətəndaş Müqaviləsi" Partiyası nə qədər təbliğat aparsa da, sülhlə bağlı verdiyi mesajlar imitasiyadır: "Hakimiyyət buna (siyasi məqsədlərinə) nail olmaq üçün blef edəcək".

Deputatın iddiasına görə, Paşinyan hakimiyyətdə olduğu müddətdə heç vaxt sülh olmayacaq.