Həcc zamanı ölən zəvvarların sayı 1300-ü ötdü - YENİLƏNİB
09:11 Həcc zamanı dünyasını dəyişən zəvvarların sayı 1300-ü ötdü.
meqale.com xəbər verir ki, Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd bin Əbdürrəhman Əl-Cəlajel bildirib ki, ölən 1301 nəfərin 83%-i Məkkə şəhəri və onun ətrafında Həcc mərasimlərini yerinə yetirmək üçün uzun məsafələri piyada gedən icazəsiz zəvvarlar olub.
O, ölənlərin Məkkədə dəfn edildiyini açıqlayıb.
------------ 21:47 Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 100-ü keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.
meqale.com lente istinadən xəbər verir ki, bu barədə TASS-a bir sıra ərəb ölkələrinin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyindəki mənbələr məlumat verib.
Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib ki, onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.
Hazırda 25-i Misir vətəndaşı olmaqla 100-ə yaxın adam itkin düşüb.
Əvvəllər 800-dən çox itkin düşmüş şəxs haqqında məlumat verilib, onların çoxu sonradan yaxınları ilə əlaqə saxlayıb.