“Hədəf ölkə futbolunu yenidən formalaşdırmaq idi” - Santuşun vidası

Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fernando Santuş vida mesajı paylaşıb.

“Hədəf ölkə futbolunu yenidən formalaşdırmaq idi” - Santuşun vidası
Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fernando Santuş vida mesajı paylaşıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən mesaj Portuqaliyanın "A Bola" nəşrində tirajlanıb:

"Federasiya prezidentinə mənə hər zaman göstərdiyi hörmət və şəxsi diqqətə görə təşəkkür etməyə bilmərəm. Bu müddət ərzində mənə göstərdikləri qonaqpərvərliyə və sevgiyə görə Azərbaycan xalqına da təşəkkürümü bildirirəm.

2024-cü ilin iyununda AFFA-nın mənim qarşıma qoyduğu hədəf ölkə futbolunun əsaslarını texniki və infrastruktur baxımından, o cümlədən rəqabətli struktur baxımından yenidən formalaşdırmaq idi.

AVRO-2028-in seçmə mərhələsi üçün rəqabətədavamlı bir komanda formalaşdırmaq idi. Mən 2024-cü ilin sentyabrında əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim.