Həkim əməliyyat zamanı 60 yaşlı kişinin bağırsağını kəsib? - VİDEO

Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra ölüb.

Həkim əməliyyat zamanı 60 yaşlı kişinin bağırsağını kəsib? - VİDEO
Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra ölüb.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, yaxınları onun ölümündə həkimi təqsirləndirirlər.

1 həftə əvvəl şəhər sakini Şiyavuş Rzayev qasıq nahiyyəsində yırtıq səbəbi ilə rayon mərkəzi xəstəxanasına daxil olub və əməliyyata götürülüb. Onun həyat yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı həkim İshaq Sadayev aparıb. Əməliyyatdan sonra Siyavuş Rzayev özünü pis hiss edib. Yaxınları iddia edirlər ki, əməliyyat zamanı həkim onun bağırsağını kəsib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 29 oktyabr saat 02:15 radələrində qasıq nahiyyəsində kəskin ağrılar, şişkinlik, ürəkbulanma və qusma şikayətləri ilə 60 yaşlı şəxs  Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə  daxil olub. Ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada əməliyyat blokuna alınıb.  

O da qeyd edilib ki, ölümün dəqiq səbəbi tibbi ekspertizasının verdiyi rəydən sonra bilinəcək.

Faktla bağlı araşdırma aparılır.