Həkimlərə verilən əlavələr dayandırıldı

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan publik hüquqi şəxslərin işçilərinə stimullaşdırıcı əlavənin ödənilməsi haqqında" qərar ləğv olunub.

meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Ləğv olunan 151 nömrəli qərar 2019-cu ilin oktyabrın 16-da muxtar respublikanın o zamankı Baş naziri Əlövsət Baxşıyev tərəfindən imzalanıb.

Qeyd edək ki, həmin stimullaşdırıcı əlavələr həkimləri həvəsləndirmək məqsədi daşıyıb. İcbari tibbi sığortanın tətbiqindən sonra isə yeni yanaşmaya zərurət yaranıb. Belə ki, 2023-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən, tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq olunub.