Həlak olan qazaxların adları açıqlandı
Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Qazaxıstan vətəndaşlarının siyahısı açıqlanıb.
meqale.com xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlər Tuleşsinov Sandibek (1988), Cüməqulov Bauyrcan (1985), Maxsudova Qalina (1978), Şaimərdanova Qauk (1975), onun oğlu - Cumaqat Eldar (2013), Cütayeva Salimadır (1995).