Həlak olanların yaxınlarına 3 milyon veriləcək
Moskvada "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcək.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
O, həmçinin əlavə edib ki, valideynləri terror zamanı ölən uşaqlara aylıq ödənişlər veriləcək.