HƏMAS-dan xilas olana kimi İsrailə silah verəcəyik - Bayden
İsrail HƏMAS-dan tamamilə xilas olana qədər ABŞ bu ölkəyə silah tədarükünü davam etdirəcək.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
"İsrail HƏMAS-dan xilas olana qədər biz hərbi dəstək verməyə davam edəcəyik, lakin çox diqqətli olmalıyıq. Dünyanın fikri bir gecədə dəyişə bilər. Bunun baş verməsinə icazə verə bilmərik", - Bayden bildirib.