HƏMAS İsrail kazarmalarına "Qrad"la 20 zərbə endirdi
HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" İsrailin şimalını "Qrad" çoxsaylı raket sistemlərindən atəşə tutmağa görə məsuliyyəti öz üzərinə götürüb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə briqadanın məlumatında deyilir.
Məlumata görə, silahlılar Livanın cənubundan İsrail ordusunun Şomera qəsəbəsindəki kazarmalarına doğru 20 raket atıblar:
"Bu əməliyyat İsrail rejiminin Qəzza zolağı və İordan çayının qərb sahilində dinc əhaliyə qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib".