HƏMAS-la münaqişə ağır nəticələrə səbəb olacaq
HƏMAS və İsrail arasında münaqişənin Avropa Birliyi üçün mənfi nəticələri olacaq.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel danışıb.
"Münaqişə cəmiyyətlərimizin təhlükəsizliyi üçün ağır nəticələrə səbəb ola bilər. Əgər lazımi səy göstərməsək, bu, müxtəlif icmalar arasında gərginliyi artıra və ekstremizmi alovlandıra bilər", - Mişel bildirib.