HƏMAS "Polad Neştər"in HƏDƏFİNDƏ: İsrail ilk dəfə istifadə etdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hərbi obyektlərə zərbələr endirmək üçün "Steel Sting" (Polad Neştər) minaatan mərmisindən istifadə etdiyini bildirib.

HƏMAS
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hərbi obyektlərə zərbələr endirmək üçün "Steel Sting" (Polad Neştər) minaatan mərmisindən istifadə etdiyini bildirib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə hərbi idarənin "Telegram" kanalında məlumat yayılıb.

Bildirilib ki, Magellan xüsusi dəstəsinin qırıcıları ilk olaraq bu mərmidən HƏMAS-ın İsrail ərazisinə ardıcıl raket buraxan obyektinə hücum edərkən istifadə ediblər .

"Steel Sting"in iki hədəfli minaatan bombası olduğu dbildirilir. O, mülki şəxslərin vurulma riskini azaldaraq, məskunlaşan ərazilərdə düşmən hədəflərini dəqiq vurmağa imkan verir.