HƏMAS Təl-Əvivi atəşə tutub

HƏMAS hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadası Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.

HƏMAS Təl-Əvivi atəşə tutub
HƏMAS hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadası Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə qrupun "Telegram" kanalında məlumat yayılıb.

Son iki saat ərzində bu, İzzəddin əl-Qəssam Briqadalarından şəhərə hücumlarla bağlı ikinci mesajdır.

Atışmanın nəticələri barədə məlumat verilmir.

Öz növbəsində, İsrail ordusunun mətbuat xidməti Təl-Əviv ərazisində və İsrailin mərkəzi hissəsində səslənən hava hücumu siqnalları barədə məlumat verib.