HƏMAS Türkiyəni xəbərdar etdi: ABŞ bu oyunu oynayır
HƏMAS rəsmiləri həftə sonu Türkiyə ilə əlaqə saxlayıb və İsraillə danışıqlar prosesi haqqında məlumat veriblər.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Bildirilir ki, rəsmilər amerikalıların danışıqların gedişi ilə bağlı "nikbin mənzərə" yaratdığını, lakin real vəziyyətin bu olmadığını qeyd ediblər .
HƏMAS-a görə, İsrailin irəli sürdüyü şərtlər daha əvvəl 10 iyunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) dəstəklədiyi ssenari və iyulun 2-də HƏMAS-ın təsdiq etdiyi şərtlərdən belə geri qalır.
Müvafiq olaraq, İsrail HƏMAS-dan İsrailin Filadelfi dəhlizində mövcudluğunu qəbul etməyi tələb edir. Həmçinin Netzarim dəhlizindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə cənubdan şimala keçən qəzzalılara nəzarət etmək və HƏMAS-ın azad etmək istədiyi təxminən 300 məhbus siyahısından 100 ada veto qoya bilmək planı qurur.
HƏMAS-ın Türkiyə Xarici İşlər rəsmilərinə verdiyi məlumata görə, İsrail ötən həftəki danışıqlarda vasitəçilərin təkliflərinə belə cavab verməyib. HƏMAS-a görə, İsrailin baş naziri Benyamin Netanyahunun son məqsədi hərbi əməliyyatları davam etdirmək üçün vaxt qazanmaqdır.