"Həmin Zaur" verilişi yayımlanmayacaq

Aparıcı Zaur Kamal bu ayın sonunda tamaşaçılarla sağollaşacağını bildirib.

Aparıcı Zaur Kamal bu ayın sonunda tamaşaçılarla sağollaşacağını bildirib.

meqale.com xəbər verir ki, o, "Həmin Zaur" verilişinin mövsüm finalına gedəcəyini deyib:

"Ayın sonuna qədər oğlum Bartu ilə birlikdə iş başında olacağıq. Sonra mövsüm hazırlığına gedəcəyik. Yeni mövsüm yəqin ki, sentyabrın əvvəlində olacaq. Hələ dəqiq bilmirik. Amma 1 ay istirahət edəcəyik".

Qeyd edək ki, Nanə Ağamalıyeva da sabah "7 Tamam" proqramının son buraxılışını izləyicilərə təqdim edəcəyini bildirib. /Axşam.az