Həmyerlimiz Rusiyadakı vəzifəsindən istefa verdi

Nazim Əfəndiyev Rusiyanın "Metalloinvest" şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Bundan sonra Direktorlar Şurasına rəhbərlik edəcək.

Həmyerlimiz Rusiyadakı vəzifəsindən istefa verdi
Nazim Əfəndiyev Rusiyanın "Metalloinvest" şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Bundan sonra Direktorlar Şurasına rəhbərlik edəcək.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, onu Oleq Krestinin əvəzləyəcək.

Qeyd edək ki, Nazim Tofiq oğlu Əfəndiyev 1963-cü ildə Bakıda anadan olub. N.Əfəndiyev 2020-ci ildə "Metalloinvest" MMC İdarəetmə Şirkətinin baş direktoru təyin olunmuşdu.